IQNA

Fransız dilində olan tarixi sənədlərə əsasən İslam Peyğəmbəri (s) haqqında kitab yazılıb

0:40 - May 01, 2011
Xəbər sayı: 2114766
Beynəlxalq şöbə: Parisdə Ərəb Dünyası Müəssisəsində mayın 3-də “Fransa tarixi sənədlərində Həzrət Məhəmməd (s) tanışlıq” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
İQNA Quran agentliyinin “IESR” saytına istinadən məlumatına əsasən, kitab 96 səhifədir və iki qeyri-müsəlman yazıçı Nef Annliese və Van Renterghem Vanessa tərəfindən Peyğəmbərin (s) həyatı və davranışı ilə bağlı fransız dilində çap olmuş mənbələrdən toplayıblar.
Kitabın təqdimat mərasimi saat 18:30-da başlayacaq. Mərasimdə Ərəb Dünyası Müssisəsinin rəhbəri Bruno Levallois, Paris Din Elmləri üzrə Avropa müəssisəinin rəhbəri Domininque Borne və digər şəxsiyyətlər və alimlər iştirak edəcək.
Kitabda İslam Peyğəmbərinin (s) həyatından 6 dastan sadə dildə yazılıb. Vəhyin nazil olması, İslama dəvət və hicrət, merac, Məkkə şəhərinin fəthi, vida həcci və digər hadisələr öz əksini tapıb dastanlarda. 783391
captcha