İQNA Quran agentliyinin “Sociorel” saytına istinadən məlumatına əsasən, ensiklopediyanın əsas nüsxəsi 2003-2007-ci illər arasında 900 araşdırmaçının səyi nəticəsində 1246 məqalədə 6 cilldə çap olunub. Hazırda isə həmin ensiklopediyanın online nüsxəsi internetdə yerləşdirilib.
Bu ensiklopediyada müsəlman və qeyri-müsəlman ölkələrində yaşayan müsəlman qadınların yaşayışı haqqında məqalələr dərc olunub. Dünyanın müxtəlif ölkələrdən universitet professorlarının araşdırmalarının nəticələridir bu məqalələr. Online ensiklopediyanın bir üstünlüyü var ki, hər il qadın və İslami mədəniyyət ilə bağlı nəşr olunmuş yeni məqalələr həmin ensiklopediyaya əlavə olunacaq.
Ensiklopediya müsəlman qadınların siyasi, iqtisadi, ictimai, hüquq, həkimlik və yeni elmlərlə bağlı fəaliyyətlərini özündə toplayıb.
Ensiklopediyaya aşagidakı ünvanda baxa bilərsiniz:
http://sjoseph.ucdavis.edu/ewic/index.htm
785094