IQNA

Afrika ölkələri müsəlmanlarına 5 min Quran hədiyyə olunub

22:20 - May 15, 2011
Xəbər sayı: 2122661
Beynəlxalq şöbə: Misirin “Risalət” Xeyriyyə Təşkilatı Nigeriya və Fildişi Sahili Afrika ölkələrindəki müsəlmanlara 5275 Quran hədiyyə edib.
İQNA Quran agentliyinin Misir saytlarına istinadən məlumatına əsasən, Rsialət Xeyriyyə Təşkilatı sözçüsü Mərvə Əbdül-Məqsud deyib ki, müəssisə Afrika ölkələrində yaşayan müsəlmanların Qurana ehtiyacını bildikdən sonra bu Quranları onlara hədiyyə göndərib. Həmin ölkələrdə yaşayan müsəlmanlar Quran qiraəti üçün Quranı 30 cüzə bölüb öz aralarında paylayırdılar ki, Quran oxuya bilsinlər.
Qeyd edək ki, Misirin Risalət Xeyriyyə Təşkilatı bu ölkənin ən böyük xeyriyyə təşkilatlarından biridir və Misirin müxtəlif regionlarında 50 nümayəndəliyi var. Təşkilat yetimlərə, xəstələrə və ehtiyacı olan şəxslərə yardımlar göstərir. 791829
captcha