IQNA

Bolqarıstan müsəlmanları bu ölkənin paytaxtında yeni məscidin tikilməsini tələb edir

18:38 - May 29, 2011
Xəbər sayı: 2130388
Beynəlxalq şöbə: Bolqarıstanın paytaxtı Sofiya şəhər məscidinin imam camaatı paytaxta yeni məscidin tikilməsini tələb edib. O bu istəyini namaz qılan dindarların “Ataka” ifratçı və iqrçi qurupların hücumlarından qorunmaq və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə atılmasını istəyib.
İQNA Quran agentliyinin “IINA” xəbər agentliyinə istinadən məlumatına əsasən, Sufiya şəhər məscidinin imam camaatı deyib ki, Ataka partiyasının ifratçı və irqçi tərəfdarlarının hücumlarının qarşısını almaq və Bolqarıstan müsəlmanlarının təhlükəsizliyini təmin etmək üçün paytaxt meriyası yeni məscidin tikilməsinə icazə verməlidir.
O əlavə edib ki, hazırda mövcud olan məscid kiçikdir və müsəlmanların namaz qılması üçün şərait yoxdur. Dindarlar məcbur olurlar ki, məscidin ətrafında olan küçələrdə namaz qılır və bu gediş-gəlişə mane olur.
Bolqarıstan Müsəlmanları Təşkilatının sədri Hüseyn Hafizof bildirib ki, Sofiya şəhər meriyası ötən həftə cümə namazının xiyabanda qılınmasına icazə Verdi və namaz adi qaydada təşkil olunub.
O əlavə edib ki, Sofiya məscidində 1200 – 1500 nəfər eyni vaxtda namaz qılır. Onların əksəriyyətini gənclər təşkil edir, lakin məscidin içərisində namaz qılanlar üçün yer olmadığında məscidin ətraf küçələrində də dindarlar namaz qılmaq məcburiyyətində qalır. 800148
captcha