İQNA Quran agentliyinin “meoc” saytına istinadən məlumatına əsasən, seminar Kembric Universitetində İslami elmlər üzrə davamlı seminarlar çərçivəsində təşkil olunur. Yerli vaxtla saat 10:00-dan 18:00-dək davam edəcək.
Seminarda Quranın Fatihə surəsi və Quranın sonuncu surəsinin bir-biri ilə əlaqəsi, surələrin mənası və onlarda dünya ictimaiyyətinə çatırılası gizli mesajlar haqqında müzakirələr aparılacaq. Seminar Oxford Universitetiin İslami Araşdırmalar Mərkəzinin üzvi Məhəmməd Əkrəm Nədəvinin rəhbərli ilə təşkil olunacaq. 802494