IQNA

Kuveytdə beynəlxalq Quran və hədis müsabiqələrinin təşkili üçün komitə yaradılıb

19:48 - June 06, 2011
Xəbər sayı: 2133842
Beynəlxalq şöbə: Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin gəncləri üçün Beynəlxalq Quran və Hədis müsabiqələrinin təşkili məqsədi ilə Ali təşkilatçı komitə yaradılıb.
İQNA Quran agentliyinin “Əl-Ənba” qəzetinə istinadən məlumatına əsasən, komitəyə sədrliyi Kuveyt Gənclər və İdman təşkilatını sədr müavini Casim Yəqub edəcək.
Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrinin Gənclər üzrə beynəlxalq Quran və hədis müsabiqəsi sentyabrın 25-30-da Kuveytdə keçiriləcək.
Təsis olunmuş təşkilatçı komitənin sədr müavini Nuri Əlhizal, əlaqələndirici şöbənin müdiri Xəlifə Əl-Tərarvə, təbliğat komitəsinin sədri Tofiq Əl-Eyd və mətbuatla iş üzrə idarənin rəhbəri isə Bəşar Əl-Kəndəridir.

Təşkilatçı komitə Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrinin Gənclər üzrə Beynəlxalq Quran və Hədis müsabiqəsi çərçivəsində Şuranın Gənclər Komitəsinin iş prinsiplərinə əsasən fəaliyyət göstərəcək. 804034
captcha