IQNA

Qətərdə “İmam (r.ə) şəkillərdə” adlı sərgi təşkil olunub

22:01 - June 06, 2011
Xəbər sayı: 2133860
Beynəlxalq şöbə: İran İslam Respublikasının Qətərdəki səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü ilə “İmam (r.ə) şəkillərdə” adlı sərgi təşkil olunub. Sərgi İslam İnqilabının banisi İmam Xumeyni (r.ə) həzrətlərinin vəfatının 22-ci il dönümü münasibəti ilə Doha şəhərində təşkil olunub.
İQNA Quran agentliyinin məlumatına əsasən, sərginin açılış mərasimində Xorasan Rəzəvi əyalətinin ostandarı İmamzadə, İranın Qətərdəki səfiri Abdullah Söhrabi və İİR Səfriliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Mahmud Səlahi və Qətərdə yaşayan İranlılar iştirak edib.
Sərginin açılış mərasimində çıxış edən Xorasan Rəzəvi əyalətinin ostandarı İmamzadə İmam Xumeynin (r.ə) şəxsiyyəti və İslami hərakatı haqqında çıxış edib, O gənc nəslin İmam Xumeyni (r.ə) həzrətlərinin təfəkkürləri və əsərləri ilə tanış olmasının zəruriliyindən danışıb.
Daha sonra mərasim iştirakçıları sərgiyə baxış keçiriblər. Sərgidə İmam Xumeyni (r.ə)-nin gənclik dövründən vəfatına kimi fotoları sərgilənir. İmam Xumeyninin (r.ə) İslam inqilabından öncə və sonra hegemonlara qarı mübarizə dövründən fotolar, İran xalqının mitinqlərinin fotoları, İmam Xumeyninin Kapitalision haqda məşhur çıxışı, İmamın İraq və Fransaya sürgün olunması və İrana möhtəşəm dönüşü dövrününü əhatə edən fotolar sərgidə nümayiş olunub.
Sərgi çərçivəsində İranın Qətərdəki məktəbini şagirdləri İmam Xumeyni (r.ə) haqqında surud oxudular. 803650
captcha