IQNA

Əfqanıstanda ən böyük əlyazma Quran hazırlanır

20:39 - June 08, 2011
Xəbər sayı: 2135187
Beynəlxalq şöbə: Əfqanıstanın tanınmış xəttatı Məhəmməd Sabir Yaqut Hüseyni bu ölkədə ən böyük əlyazma Quranı hazırlayır. Quranın yaxın günlərdə təqdimat mərasimi keçiriləcək.
İQNA Quran agentliyinin “Bakhtar News Agency” agentliyinə istinadən məlumatına əsasən, Əfqanıstanlı xəttat Yaqut Hüseyni Quranın ərsəyə gəlməsi üçün 5 il çalılıb. Quran Əfqanıstanın paytaxtı Kabildə “Nasir Xosrov Bəlxi” fondunun dəstəyi ilə yazılıb.
Yaqut Hüseyni Quran ayələrinin uzunluğu 200 sm, eni isə 150 sm olan bəzəkli kağızların üzərinə yazır. “Quranı yazmağa başlamamışdan öncə bir neçə alimlə bu haqda məsləhətləşmə aprdım və daha sonra 10 köməkçimlə bərabər Quranı yazmağa başladım”, -deyə Yaqut Hüseyni bildirib. 804596
captcha