IQNA

Belçikada hicab haqqında danışdığına görə bir müsəlman müəllim həbs edilib

23:06 - June 18, 2011
Xəbər sayı: 2140161
Beynəlxalq şöbə: Belçikanın təhsil nazirliyi bir müsəlman müəllimi hicab haqqında dərsdə danışdığına görə həbs etdi.
İran Quran Xəbər Agentliyi (İQNA): “RTBF” xəbər bürosunun məlumatına görə, Belçikanın təhsil naziri Marik Duminik Simune mətbuat konfransında bir müsəlman müəllimin həbs hökmünü təsdiqləməklə dedi: “RTBF” televizor şəbəkəsinin proqramında bu müəllimin həbsi səbəbi açıqlandı. Bu müsəlman müəllim sinifdə olan qız şagirdlərinə müraciət etməklə, hicabı əzabdan nicat tapmaq vasitəsi kimi adlandırmış və ona riayət etməməyin günah olduğunu bildirmişdir.
O, əlavə etdi: Belçikanın təhsil nazirliyi bu müəllimin əleyhinə olan şikayətləri qəbul etdikdən sonra məsələni dəyərləndirməyi vacib hesab etdi və sonra bu müəllimin həbs olunmasını əsas götürərək onu işdən xaric etdi.
Belçikanın təhsil naziri sözünün davamında əlavə etdi: Yoxlama nəticəsində qərara alındı ki, bu müəllim dörd ay müddətində həbs edilsin və sonra işini davam etdirmək üçün başqa şəhərə göndərilsin
Onun dediyinə əsasən, bu son qərardır və bu müsəlman müəllim əlavə olaraq 4 ay da tədris edə bilməz.
809959

captcha