İQNA Quran Xəbər Agentliyinin məlumatına əsasən, Xordad ayının 27-dən başlayaraq, həm ölkə daxilindən, həm də xaricdən –İraqdan Həzrəti-Zeynəb (s.ə)-ın vəfatının ildönümü mərasiminə zəvvarların axını başlandı.
Hüseyn zəvvarlarının çoxu mərasim keçirilən gün həmin məkana daxil oldular və İmam Hüseyn (ə)-ın mütəhhər hərəminin ətrafında toplaşdılar.
Kərbəlanın mühafizə sistemi də Kərbəlada əzadarların və zəvvarların təhlükəsizliyinin qorunması üçün gücləndirilmiş iş rejiminə keçdi.
İmam Hüseyn (ə)-ın hərəminin kənarında olan bazarlar və ticarət obyektləri bağlandı və Həzrəti Zeynəb (s.ə)-a əzadarlıq məqsədilə qaraya büründü.
Digər bir məlumata əsasən, Nəcəf şəhərinin sakinləri və digər şəhərlərin əzadarları İmam Əli (ə)-ın qızının İmam Hüseyn (ə) ın hərəmində keçirilən vəfatının ildönümü mərasimində iştirak etmişlər. 810571