IQNA

Qum ostanının rəhəbərinin müavini İranla Sudanın ümumi sahələrdə razılığa gəlinməsi istədi

21:40 - June 22, 2011
Xəbər sayı: 2142901
Siyasi və ictimai şöbə: Qumun rəis müavini İranla Sudanın ümumi sahələrdə razılığa gəlinməsi və İran və Sudanda İslam elm nümayəndələrinin bir arada iclas keçirmələrini tələb etdi.

İranın Quran xəbər agentliyinin Qum şöbəsinin məlumatına əsasən, Seyyid Rza Dəhnanın xordadın 30-da Sudanın mədəniyyət naziri ilə görüşündə dedi: Elm, mədəniyyət və mənəviyyat şəhəri olan Qum çox məşhurdur. Həzrəti Fatimeyi Məsumənin mütəhhər hərəmi, müqəddəs Cəmkəran məscidi və yüzlərlə dini və dünyəvi elm və tədqiqat mərkəzlərinin burada yerləşməsi bu məkanın dəyərli olmasına səbəb olub.
O sonda ölkələrin mədəni əlaqələrinin əhəmiyyətliliyini vurğulayaraq qeyd etdi: hal-hazırda dünyada beynəlxalq mədəni siyasətin mövqeyi əhəmiyyət kəsb edir və İslam ölkələri dini etiqadlardan və inanclardan faydalanaraq müxtəlif sahələrdə geniş əməkdaşlıq edirlər.
812023
captcha