IQNA

Rusiyanın Çavaşiya şəhərində İslam mədəniyyət həftəsi açıldı

19:20 - June 27, 2011
Xəbər sayı: 2145392
Mədəniyyət və incəsənət şöbəsi: İİR-nın Rusiyadakı səfirliyinin təşəbbüsü ilə İİR-nın mədəniyyət həftəsi tir ayının 2-si Rusiya federativ Respublikasının Çabekseri şəhərinin milli muzeyində bu dövlətin mədəniyyət nazirinin iştirakı ilə açıldı.
İranın Quran xəbər agentliyi və İslam araşdırmalar və mədəni təşkilatlar şöbəsinin məlumatına əsasən, bu həftənin açılış mərasimini Çavaşiya milli muzeyinin rəhbəri öz səmimi və şən təəssüratları ilə açdı. O, İİR-nın mədəniyyət həftəsinin bu ölkədə keçirilməsindən məmnuniyyət hissi keçirdiyini bildirdi. Bütün bu mədəniyyətlə maraqlananlar bu mədəniyyət həftəsindən istifadə edərək onun mənəvi zəngin iris və xəzinəsi ilə tanış ola bilərlər.

Bu mərasimin davamında İİR-nın Rusiya Federasiyasındakı səfirinin müvini Heydəriyan İran mədəniyyətinə işarə edərək dedi: İran və Rusiyanın əlaqələrinin təqribən 500 illik tarixi var və yaxın gələcəkdə də xüsusi mərasimlər çərçivəsində bu 500 illik İran və Rusiya mədəni əlaqələri qeyd olunacaq.
Qeyd olunmalıdır ki, İİR-nın Rusiya Federativ Respubikasındakı mədəniyyət həftəsi Çavaşiya Respublikasının Çabekseri şəhərində davam edir. 815190
captcha