IQNA

Quran qarilər və hafizlər birliyinin Misirdə iclası keçirildi.

16:46 - June 28, 2011
Xəbər sayı: 2146027
Beynəlxalq şöbə: Quran qarilər və hafizlər birliyinin Misirdə ilk iclası bu birliyin sabiq rəhbəri Ustad Əbül-Eyneyn Şəyəşənin vəfatından sonra tir ayının 11-də bu ölkənin paytaxtı Qahirədə keçirilir.

İran Quran Xəbər Agentliyi (İQNA) və Misirdə çap olunan “Əlyouməl-sabiə” qəzetinin məlumatına əsasən, bu iclas Misirin böyük qarilərindən olan Şeyx Məhəmməd Mahmudun rəhbərliyi ilə keçiriləcək. Onu da qeyd etmək lazımdır ki, bu məşhur qari Ustad Əbül-Eyneyn Şəyəşənin vəfatından sonra onun canişini və Misirdə Quran hafizlər və qarilər birliyinin yeni rəhbəri təyin olundu.
Şeyx Məhəmməd Mahmud Təbəllavi bu barədə dedi: bu iclasda həyata keçirilən layihələr və proqramlar Misirin hazırki vəziyyəti və həmçinin Ustad Əbül-Eyneyn Şəyəşədən sonra onu yolunun davam etdirilməsi və bu yolun təkmilləşdirilməsi məqsədini daşıyır.
Məhəmməd Mahmud sonda izah etdi: bu iclasda Misirin qarilər və hafizlər birliyinin yeni şurasının üzvlərinin sayı 21-dir və özü də bu birliyin rəhbər vəzifəsini daşıyır.
Qeyd olunmalıdır ki, Misirin Şeyx qarisi və bu ölkənin Quran qariləri və hafizləri birliyinin rəhbəri Ustad Əbül-Eyneyn Şəyəşə mehr ayının 2-si Qahirədə vəfat etdi. 816058
captcha