İran Quran Xəbər Agentliyi (İQNA): «al-kanz» xəbər bürosunun məlumatına əsasən, hər il xordad ayının 7-si və tir ayının 25-i zöhr vaxtı Məkkədə günəş şaquli şəkildə Əzəmətli Kəbənin üzərinə saçır və yer üzündə yaşayan hər bir canlı həmin vaxt günəşə baxmaqla öz qibləsini təyin edə və digər günləri də hesablaya bilər.
Başqa sözlə, qibləni təyin etmək üçün “Qiblə saatı” adlandırılan cihazdan da istifadə edə bilərlər, amma qibləni təyin etmək üçün ən yaxşı üsul ilin iki günündən, yəni günəş Kəbənin üzərində düşən zamandan istifadə etmək olar. Bu iki günün zöhr azanı zamanı günəş qiblə istiqamətinə çevirilir, yer kürəsinin bütün müsəlmanları bu indeksin köməyi ilə qiblənin istiqamətini təyin edə bilərlər.
İranda qiblə təqribən cənub-qərb istiqamətində olur.
822091