IQNA

Ottavada ikinci Qurani-Kərim festivalı keçiriləcək

11:45 - July 10, 2011
Xəbər sayı: 2151746
Beynəlxalq şöbə: İkinci Qurani-Kərim festivalı cari ildə mordadın 15 və 16-ı Kanadanın Ottava şəhərində keçiriləcək.

İran Quran Xəbər Agentliyi (İQNA): «Muslim Link»xəbər bürosunun məlumatına əsasən, bu festival mübarək Ramazan ayı münasibətilə və xalqı Qurani-Kərimlə tanış etmək məqsədilə həyata keçiriləcək.
Bu festival hər iki gün yerli vaxtla saat 11-dən 20-yə kimi keçiriləcək və orada müxtəlif Quran proqramları icra olunacaq.
Qədim Quran nüxsəxələrinin, Quran rəsmlərinin və xəttatlıqlarının, Qurani-Kərimin sərgisi, Quran filmlərinin sərgisi, Quran qiraəti və tilavəti və s. Quran proqramları bu festivalda həyata keçiriləcək.
“Quran və uşaqlar” proqramı festivalın digər hissəsini təşkil edir. Orada uşaqlar rəsm, dastan kitablarının oxunması, Quranla əyləncəli proqramlarla rastlaşacaqlar.
822112
captcha