IQNA

İngilistanın mədəniyyət mərkəzləri “Quran tilavəti” kitabını nəşr etdilər

16:46 - July 11, 2011
Xəbər sayı: 2152723
Beynəlxalq şöbə: İngilis dilində olan “Qurani-Kərimin tilavəti” adlı kitabın əsas hədəfi Qurani-Kərimi tilavətinin asanlaşdırılması və bu səmavi kitabın əhəmiyyətinin aşılanmasıdır. Bu kitab əsasən ingilisdillilərin islam mədəniyyəti ilə tanışlığı məqsədilə nəşr olunmuşdur.
İran Quran Xəbər Agentliyi (İQNA): Misirdə çap olunan “Əlyoumə Əlsabiu” qəzetinin məlumatına əsasən, bu kitab Asiyada yaşayan Quran alimi və yazıçısı Ziyadəddin Sərdarın vasitəsilə tərtib edilmişdir.
Bu kitabın yazıçısı özünün yeni nəşri barədə dedi: Bu kitabın yazılmasında əsas məqsəd qərb ilə islam cəmiyyəti arasında mövcud olan boşluğu aradan qaldırmaqdır.
O əlavə etdi: Qurani-Kərim bəşər övladları arasında qardaşlıq, sülh və rəhmət hamisidir. Müsəlmanlar özləri də Qurani-Kərimi ən yaxşı ilham mənbəsi hesab etməlidirlər və ondan öz şəxsi mənafelərinə görə istifadə etməməlidirlər.
823009
captcha