IQNA

İranın beynəlxalq Quran müsabiqələrində bir çox Quran qariləri müxtəlif qiraət üsullarını bilirdilər.

16:53 - July 11, 2011
Xəbər sayı: 2152730
Beynəlxalq şöbə: İranda keçirilən 28-ci beynəlxalq Quran müsabiqələrində böyük və istedadlı qarilər iştirak edirdi, onların çoxu müxtəlif qiraət üsullarını bilirdilər.
İranda keçirilən 28-ci beynəlxalq Quran müsabiqələrinin münsifi, bu ölkədə Quran müsabiqələrinin təşkilatçısı Yəhya Məhəmməd Əlsəhaf İQNA ilə müsahibəsində dedi: İlk dəfədir ki, İranda keçirilən beynəlxalq Quran müsabiqələrində münsif kimi iştirak edirəm və bu Quran müsabiqələrinin iştirakçılarının səviyyəsinin yüksək olması məni heyrətə gətirmişdi.
O, əlavə etdi: İndiyə kimi müxtəlif ölkələrdə keçirilən beynəlxalq Quran müsabiqələrində qari və münsif kimi iştirak etmişəm, amma İranda keçirilən beynəlxalq Quran müsabiqələri iştirakçıların sayına, həm də keçirilmə qaydalarına görə çox yüksək səviyyədədir.
Qeyd etməliyik ki, Yəhya Məhəmmədəli Əlsəhaf İraqın beynəlxalq Qurani-Kərim müsabiqəsinin və müsabiqə təşkilatının rəhbəri, həm də məşhur qarisidir. İranda keçirilən 28-ci beynəlxalq Quran müsabiqələrində də münsif vəzifəsində fəaliyyət göstərirdi.
822550
captcha