IQNA

Heratda islam və dini kitabların sərgisi keçirildi

17:02 - July 12, 2011
Xəbər sayı: 2153461
Mədəniyyət və incəsənət şöbəsi: Uşaqlara və yeniyetmələrə məxsus islam tarixi hekayələri, Peyğəmbərlərin və məsumların həyatı, Peyğəmbər səhabələrinin rəftarı haqqında olan kitabların sərgisi tir ayının 7-dən on gün ərzində Əfqanıstanın Heart şəhərində keçirildi.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, İİR-nın mədəniyyət mərkəzi tərəfindən Heratda açılan bu sərgidə İRan, Əfqanıstan yazıçıları öz əsərlərini nümayiş etdirdilər.
Bu sərgidə hekayə, tarixi, islam tarixi, Peyğəmbərlərin həyatı və məsumların tarixi mövzusunda olan kitablar, dərs vəsaitləri və s. nümayişə qoyulmuşdur.
Qeyd edilməlidir ki, müxtəlif məktəblərin-“Tohid”, “Resalət” adlı məktəblərin şagirdləri “Aryana”, “Ayəndesazan”, “Homa-ye səadət” məktəblərinin şagirdləri ilə birlikdə bu sərgidə iştirak edirdilər.
823671
captcha