İran Quran Xəbər Agentliyi (İQNA): bu forum tir ayının 20-si Rampur şəhərinin “Kolliyyətül-həsənat” mədrəsəsində Qəmər Cəbin Osmaninin rəhbərliyi ilə keçirildi.
Bu forumun əvvəlində Xanım Osmani dedi: Ailələr yaxşı təlim və tərbiyə üsullarını öyrənməklə öz ailələrini və övladlarını islam qanunları ruhu ilə böyüdər və formalaşdırarlar. Xanımlar isə münasib təlim üsullarını öyrənməkdən əlavə, ruhani və mənəvi tərbiyələri də mənimsəməlidirlər.
Bu forumun sonunda Şəme Tareq adlı xanım tərbiyə üsullarını xatırlatmaqla dedi: biz tərbiyə işlərini və fəaliyyətlərini öz ailələrimizdən başlamalıyıq. Əgər biz bu yolda uğur əldə etsək, cəmiyyətimiz də yavaş-yavaş düzələcək.
824237