IQNA

Tacikistanda panislamizm siyasəti bu dəfə məscidlərin qapılarının bağlanması ilə müşahidə edildi

16:51 - July 14, 2011
Xəbər sayı: 2154513
Siyasi və ictimai şöbə: Tacikistana islam əleyhinə siyasət bu dəfə islam fəaliyyətlərinin qarşısına qırmızı xətt çəkmək və saxta qanunlar əsasında məscidlərin qapılarının möhürlənməsi ilə nəticələndi və müsəlmanların dini fəaliyyətləri məhdudlaşdırıldı.
İran Quran Xəbər Agentliyi (İQNA): “islamsng” xəbər bürosunun məlumatına əsasən, Tacikistanın dini dövlət komitəsi dövlət siyasi qanunlarının qüvvəyə minməsi bəhanəsi ilə islam fəaliyyətləri zəminində məhdudiyyətləri açıqladı və bu yeni bəhanələrdən biri də Tacikistanda məscidlərin bağlanması ilə nəticələndi.
Tacikistanda dini dövlət komitəsinin rəhbəri Əbdülrəhim Xalıqov bu ölkədə təqribən min dini mərkəzin və məscidin mövcud olmasından nigaran olduğunu və yersiz sözlərlə onların qeyri-qanuni olduğunu iddia etdi və dedi: Dövlət “məscidlərin qeydiyyata alınması” siyasətini yürüdərək ya bu məscidləri qanuniləşdirir, yaxud da qeyri-qanuni dini mərkəzləri bağlayır.
Bəzi din xadimlərinin dediyinə görə, son illər ərzində müsəlmanlarım toplaşdığı, ibadət etdiyi və dini mərasimlər keçirdiyi böyük şəhərlərə və əyalətlərə məxsus yüzlərlə dini mərkəzlər və məscidlər mənasız və yersiz səbəblər ucbatından ya tətil edilib, yaxud da tamamilə bağlanılıb.
825254
captcha