Beynəlxalq şöbə: İndoneziyalı tələbələrə Quranın tədrisi, Qurani-Kərimin əzbərlənməsi üsulları, Quranın tilavət qaydalarının ilk təlim kursları İmam Hüseyn (ə)-ın pak mütəhhər hərəmində fəaliyyətə başladı.
İran Quran Xəbər Agentliyi (İQNA): Bu Quran kursları tir ayının 29-u İmam Hüseyn (ə)-ın pak hərəminin nəzdində fəaliyyət göstərən Qurani-Kərim evinin təşəbbüsü ilə başlandı və 10 gün davam edəcək.
Bu tədris kursları İndoneziya ölkəsinin 17 qız və oğlan tələbələrinin iştirakı ilə keçirilir. Bu kursun təlim dərslərini İmam Hüseyn (ə)-ın pak hərəminin nəzdində fəaliyyət göstərən Qurani-Kərim evinin bir qrup ustad və mütəxəssisləri öz öhdələrinə götürüblər.
Qeyd olunmalıdır ki, İmam Hüseyn (ə)-ın pak hərəminin nəzdində fəaliyyət göstərən Qurani-Kərim evi bütün dünyada Qurani-Kərim elmlərini və mədəni əsaslarını nəşr etdirmək məqsədilə dünyanın bir çox ölkələrində bir sıra beynəlxalq dini müəssisələrlə qarşılıqlı razılaşma sazişi imzalamışdır.
Qeyd olunmalıdır ki, Senegal Əl-məzdəhərətun beynəlxalq müəssisəsi Afrikanın müxtəlif qərb ölkələrində Əhli-beyt (ə) haqqında dini nəşrlərin fəaliyyəti üçün 16 şöbə açmışdır.
829333