IQNA

Tümen vilayətində Rusiya İslam Universitetinin filialı işə başladı

14:12 - August 14, 2011
Xəbər sayı: 2170496
Siyasi-ictimai şöbə: Tümen vilayətində Rusiya İslam Universitetinin filialı 2012-2013-cü tədris ili üçün tələbə qəbuluna start verir.
İqna Quran Xəbər Agentliyi (İQNA): Bu xəbəri Rusiya İslam Universitetinin idarə heyətinin üzvü Rişat Ziqanşin avqustun 9-da Tatarıstan Respublikasının paytaxtı Qazan şəhərində təşkil olunmuş görüşdə açıqqlayıb.
Rusiya İslam Universitetinin idarə heyətinin üzvü, həmçinin Tatarıstan milli-mədəni işlər üzrə mərkəzin rəhbərinin dediyinə görə, tələbələrin təhsilə cəlb olunması, onların universitetdə yataqxana və yemək ilə təmin olunması, namaz otağı və kitabxana ilə təchiz edilməsi məsələləri də görüşdə müzakirə olumuşdur. 842299
captcha