IQNA

Küveytli fotoqraf: -İslami incəsənətin yüksəlişi yeni texnologiyalardan faydlanmağı tələb edir

14:26 - August 18, 2011
Xəbər sayı: 2173138
Beynəlxalq şöbə: İslam sənətşünaslığı auditoriyanın dili ilə bədii və mədəni dairələrdə tanıtdırılmalıdır və İslami incəsənətin yüksəlişi yeni texnologiyalardan faydlanmağı tələb edir.
İqna Quran Xəbər Agentliyi (İQNA): 19-cu Beynəlxalq Quran sərgisində iştirak edən küveytli fotoqraf Həmdüs-sərraf İqna Quran Xəbər Agentliyinə verdiyi müsahibəsində deyib: “İslami incəsənətin qədim və tarixi kökləri vardır ki, uzaq keçmişdən indiyə kimi bu sahəyə həvəs göstərənlərə İslam mədəniyyətini və sivilizasiyasını tanıtdırmışdır.”
O, həmçinin qeyd etmişdir ki, cəmiyyətdə Quran mədəniyyətini yaymaq üçün bədii əsərlərin istehsal olunub cəmiyyətə təqdim olunması çox zəruri məsələdir: “İslam sənətkarları Qurandan ilham alaraq insanların gündəlik həyatlarına aid olan Quran ayələrini bədii şəkildə vəhy kəlamının axtarışında olanlara təqdim etməlidirlər. Buna görə də hər bir ölkədə İslam incəsənətini təbliğ edən müəssisələr təsis edilməlidir.” 844616
captcha