İqna Quran Xəbər Agentliyi (İQNA): On Islam xəbər agentliyinin verdiyi məlumata görə, bu tədbir ramazan ayı münasibətilə Queens Will şəhərinin İslam Mərkəzində təşkil olunub. Belə ki, bir müddət öncə bu şəhərdə bir keşiş Müqəddəs Quranı təhqir etmişdi.
Tədbirin keçirilməsindən məqsəd dinlərarası sülhün daha da artırmaq, regiondakı müsəlmanları daha yaxşı tanımaqdır.
Görüş iştirakçıları hamılıqla iftar süfrəsi başında toplanıblar. Onlar ramazan və orucla tanış olmaqdan əlavə İslam ölkələrinin süfrə mədəniyyəti ilə də yaxından maraqlanıblar.
İslam Mərkəzinin imamı Əbdülmalik deyib: “Bu şəhər Quranın təhqir olunması ilə tanınsa da, gələcəkdə Quran məclisləri təşkil edilməklə tanınacaq. Belə ki, gün-gündən burada Quranla maraqlananların sayı artır və Quranla tanışlıq məqsədilə ardıcıl tədbirlər keçirilir.” 845459