İqna Quran Xəbər Agentliyi (İQNA): Marocjournal xəbər agentliyinin verdiyi məlumata görə, sərgi Qüds Mədəni Birliyinin və şəhərin gənclər birliyinin səyi nəticəsində ramazan ayı münasibətilə təşkil olunub.
Sərginin keçirilməsindən məqsəd işğal olunmuş Fələstin torpağının müsəlman sənət ustalarını tanıtmaq, bu ərazilərdə müsəlman və xristianlar, eləcə də digər sakinlərlə əlaqələri gücləndirməkdir.
Müqəddəs Fələstini əks etdirən fotoşəkillər, Qurana aid tablolar, digər İslami xəttatlıq işləri, Fələstində müxtəlif dinə mənsub olanların ibadət mərasimləri və ayinlərinə aid fotolar sərginin əsas hssəsini təşkil edir.
Qeyd edək ki, sərginin sonuna kimi 3150 sənət əsəri izləyicilərə təqdim olunacaq. 847160