IQNA

Ramazan gözəl insani xüsusiyyətlərin çiçəkləndiyi dövrdür

17:42 - August 24, 2011
Xəbər sayı: 2176400
Siyasi və ictimai şöbə: Tanınmış seneqallı xətib demişdir: “Ramazan gözəl insani xüsusiyyətlərin çiçəkləndiyi ictimai sülhün, fəzilətin dövrüdür. Bu ayda oruc tutanlar arasında xeyir və dəstəyi ən yaxşı halda görmək mümkündür.”
İqna Quran Xəbər Agentliyi (İQNA): Seneqalda Xarici İşlər Nazirliyinin nümayəndəsinin, həmçinin bir sıra nazirlik əməkdaşlarının iştirakı və “Nudvətul-aləmiyyə” Beynəlxalq müəssisəsinin təşkilatçılığı ilə keçirilmiş “Ramazan və ictimai sülh” adlı dini görüşlər silsiləsinin yığıncağında bu ölkədən olan məşhur xətib deyib: “Bu xeyir və bərəkət dolu ayda ittihad və qardaşlıq ruhiyyəsi həqiqi mənada öz yerini tapır.”
O, bu ayda ictimai işlərə, xeyriyyəçiliyə işarə edərək belə deyib: “Kasıblara yardım etmək, xeyriyyə işləri həyata keçirmək ramazan ayının ən gözəl xüsusiyyətlərindən biridir. Uşaqlara mərhəmət və ürək yanğısı ilə yanaşmaq, imkanlıların ehtiyaclı olanlara yardım etməsi bu ayda müşahidə etdiyimiz xüsusiyyətlərdəndir.”
Qeyd edək ki, avqustun 21-də keçirilən bu dini görüşün sonunda müəssisə məsulları iştirakçılara fransız dilinə tərcümə edilən Quran hədiyyə etmişlər. Bu dini müəssisə ramazan ayında Seneqalın paytaxtı Dakar şəhərinin məscidində 150 nəfərlik iftar süfrəsi də vermişdir. 848239
captcha