IQNA

Musa Sədr barədə araşdırılmaların aparılması Liviyanın milli mənafeyinə uyğundur

18:47 - August 25, 2011
Xəbər sayı: 2176718
Beynəlxalq şöbə: Musa Sədr barədə araşdırılmaların aparılması təkcə Milli Keçid Şurasının vəzifəsi deyil, bu həm də Liviyanın milli mənafeyinə uyğundur.
İqna Quran Xəbər Agentliyi (İQNA): “Vifaq” qəzetinin məsul katibi bu barədə deyib: “Liviyanın yeni hökumətinin xeyrinə olar ki, İmam Musa Sədrin oğurlanma barədə cinayət işinə yenidən baxsın və bu dönəmdə çox rahatlıqla bu sirrin üzərindən pərdələr qalxsın. İnanmıram ki, bu müəmmanı həll etmək üçün beynəlxalq təpkilərə ehtiyac olsun. Çünki Liviya hər şeydən çox dünya ölkələri ilə, xüsusilə yaxın Livan və İranla münasibətlərin yaxşı qalması üçün çalışmalıdır. Musa Sədr barədə araşdırılmaların aparılması təkcə Milli Keçid Şurasının vəzifəsi deyil, bu həm də Liviyanın milli mənafeyinə uyğundur.”
O, sözlərinin davamında deyib: “Qəti surətdə deyə bilərik ki, əgər Milli Keçid Şurası səhlənkarlıq etsə, ilk addımında səhvə yol verəcək. Düzdür, bu cinayəti Qəzzafi törədib və o zaman Liviya xalqının burada heç bir günahı yox idi. Lakin indi İmam Musa Sədrin taleyi bütün Liviyanın əlindədir və hər kəs bu barədə məsuliyyət daşıyır.” 848522
captcha