İqna Quran Xəbər Agentliyi (İQNA): CPİ xəbər agentliyinin verdiyi məlumata görə, Azadlıq və Bərabərlik təşkilatının baş katibi Hatəm Əl-Fəqih xarici mətbuat nümayəndələri ilə görüşdə deyib: “Ölkədə bu aksiyanı təkcə bizim təşkilat keçirmir. Bizdən başqa bir çox dini və qeyri-dini təşkilatların bu aksiyada böyük rolu vardır. Biz burada ona görə toplaşmışıq ki, Qəzzadakı müsəlmanlarla həmrəyliyimizi nümayiş etdirək və Tunisin İsrail rejimi ilə istənilən münasibətlər qurmasına müxalif olduğumuzu göstərk.”
Qeyd edək ki, son günlər siyonist rejimin Qəzzaya vəhşicəsinə hücumu nəticəsində xeyli sayda dinc sakinlər şəhid olmuş və bir çoxu da xəsarət almışlar. 848926