IQNA

Sudan Alimlər Heyəti: İslam şəriəti ölkə konstitusiyasının mənbəyi olmalıdır

19:16 - August 25, 2011
Xəbər sayı: 2176732
Siyasi və ictimai şöbə: Ölkənin məclis nümayəndələri ilə görüşlərində Sudan Alimlər Heyəti İslam şəriətinin ölkə konstitusiyasının mənbəyi olmalı olduğunu vurğulamışlar.
İqna Quran Xəbər Agentliyi (İQNA): Sudan Alimlər Heyəti ölkə konstitusiyası ilə bağlı fikirlərini Məclis rəisi Əhməd İbrahim Tahir və bir neçə məclis nümayəndəsi ilə görüşdə bildiriblər.
Sudan Alimlər Heyətinin rəhbəri Muhəmməd Osman Saleh daha sonra keçirdiyi mətbuat konfransında bildirib ki, görüşdə ölkənin ümumi vəziyyəti müzakirə edilib və İslam şəriətinin ölkə konstitusiyasının mənbəyi olmalı olduğu heyət tərəfindən vurğulanıb. 848606
captcha