IQNA

Hollandiya Liviya Milli Keçid Şurasını rəsmən tanıdı

18:26 - August 28, 2011
Xəbər sayı: 2178249
Beynəlxalq şöbə: Hollandiya hökuməti avqustun 26-da bəyanat yayaraq Liviya Milli Keçid Şurasını rəsmən tanıdığını élan etdi.
İqna Quran Xəbər Agentliyi (İQNA): Afriquinfos xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda bildirilir ki, Hollandiya hökuməti Liviya Milli Keçid Şurasının milləti təmsil etdiyini nəzərə alaraq bu qurumu rəsmən tanıyır.
Bəyanatda həmçinin bildirilir ki, Hollandiya rəhbərliyi ümid edir ki, Liviya Milli Keçid Şurası xalqın gələcəyi üçün zəmanət verici qanunlar təsis edəcək və Qəzzafinin süqutundan sonra ölkənin idarəçiliyini əlində saxlamaqla ölkədəki bütün qurumları milli mənafelər ətrafında birləşdirəcək.
Bundan başqa qeyd olunub ki, Qəzzafi dönəmində dondurulan varidatın da Milli Keçid Şurasının ixtiyarına veriləcəyi nəzərdə tutulub. 850361
captcha