İqna Quran Xəbər Agentliyi (İQNA): Ramazan ayının son cümə günü Taylandın müsəlman camaatı İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirmiş və siyonist rejimin qanlı cinayətlərinə öz etiraz səslərini ucaltmışlar.
Aksiyanın sonunda bəyanat oxunmuşdur. Bəyanatda deyilir: “Biz Tayland müsəlmanları öz növbəmizdə qəsbkar və məlun rejimin cinayətlərini pisləyir və müqəddəs torpaqlara tez bir zamanda qəsbkar əllərdən qurtularaq azadlıq verilməsini tələb edirik.” 850263