IQNA

Əlcəzairin xarici işlər naziri Qəzzafinin bu ölkəyə qaçmasını inkar etdi

16:01 - August 29, 2011
Xəbər sayı: 2178865
Beynəlxalq şöbə: Əlcəzairin xarici işlər nazirliyinin sözçüsü Qəzzafinin və onun ailəsinin bu ölkəyə qaçmasını təkzib edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, Əlcəzair dövləti elan edib edib ki, Qəzzafi və onun oğullarının Liviya-Əlcəzair sərhədlərində görünən zirehli maşınlarla sərhədi keçərək Əlcəzairə qaçma ehtimalı mövcud deyil.
Əlcəzairin xarici işlər nazirliyinin sözçüsü təkidlə bildirib ki, bu xəbərin doğruluğu təsdiqlənməyib və quru ittihamdan başqa bir şey deyil.
Bu arada Liviyaya müxalif partiyalar da elan ediblər ki, Qəzzafi və onun övladları barədə heç bir məlumata malik deyillər.
Liviya Milli Keçid Şurasının rəhbəri Qəzzafiyə bağlı qüvvələrlə təslim olmaq barədə müzakirələr aparıldığını bəyan edib. Liviyanın siyasi fəallarından biri İdris Musəmmari Əl-Aləm kanalına verdiyi müsahibədə bildirib ki, Qəzzafi və onun övladlarının Liviya-Əlcəzair sərhədlərində görünən zirehli maşınlarla sərhədi keçərək Əlcəzairə qaçma ehtimalı heç də uzad deyil. 851115
captcha