IQNA

Səudiyyə vəhhabiləri iraqlıları öldürmək fətvası çıxarırlar

16:07 - August 29, 2011
Xəbər sayı: 2178868
Beynəlxalq şöbə: İraqın “Dəvət” İslam partiyasının rəhbər və məsullarından biri Əli Ədib Səudiyyə vəhhabilərinin iraqlıları öldürmək fətvası çıxardıqları ilə ittiham edərək deyib: “Ərəbistanın ifrat sələfi və vəhhabi birləşmələri İraqın bir çox yerlərində fəaliyyətdədirlər.”
İqna Quran Xəbər Agentliyi (İQNA): Bərasa xəbər agentliyinin verdiyi məlumata görə, İraqın “Dəvət” İslam partiyasının rəhbər və məsullarından biri Əli Ədib Bağdadın Mədəniyyət Mərkəzində təşkil olunmuş “Milli barışın yaranmasında din alimlərinin rolu” adlı konfransda çıxış edərkən deyib: “Ərəbistanın ifrat sələfi və vəhhabi birləşmələri İraqın bir çox yerlərində fəaliyyətdədirlər. Bəzi İraq universtetlərində batil sələfi düşüncələrini öyrədən kurslar vüsət almaqdadır.”
O, alimlərin barış uğrunda mübarizə aparmalı olduqları halda sələfi və vəhhabilərin İraqın bir çox universitet, məktəb və mədəniyyət mərkəzlərində öz batil əqidələrini nüfuz etdirdiklərini kəskin şəkildə tənqid edib. 851086
captcha