IQNA

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Fitr bayramı münasibətilə müsəlmanları təbrik etdi

18:55 - August 30, 2011
Xəbər sayı: 2179601
Beynəlxalq şöbə: İslam Əməkdaşlıq Təşkilatının baş katibi Əkmələddin İhsanoğlu avqustun 28-də bəyanat yayaraq bütün dünya müsəlmanlarını Fitr bayramı münasibətilə təbrik etdi.
İqna Quran Xəbər Agentliyi (İQNA): OİC Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam Konfransı Təşkilatının baş katibi bu bəyanatda deyib: “Ramazan ayı müsəlmanlar üçün nəfsin və ruhun paklandığı bir aydır. Müsəlmanların bir qismi bu bayramı təntənəli surətdə qeyd etmək imkanına malik olsalar da bəzi müsəlmanlar çoxlu maddi problemlər üzündən bayramı layiqincə keçirə bilmirlər. Hal-hazırda Liviya xalqı ölkənin siyasi durumundan çox əndişələnirlər. Somali və digər Afrika ölkələrində isə insanlar qıtlıq və imkansızlıq içində həyat sürürlər.”
İhsanoğlu bayram ərəfəsində bütün dünya müsəlmanlarından Somalidəki dini bacı və qardaşlarına kömək etməyi və onları bu bayramda sevindirməyi tövsiyə edib. 851828
captcha