İqna Quran Xəbər agentliyi (İQNA): Hind İslam Mədəniyyət Mərkəzinin müdiri, Hindistan Ali Divan məclisinin vəkili, Quran tədqiqatçısı Vəsi Əhməd Numani İQNA-nın müxbiri ilə söhbətində deyib: “Beynəlxalq Quran sərgisinin təşkil olunması ilə İ.İ.R. bütün dünyaya Quranın insan həyatının bütün sahələrinə, doğulandan ölənə kimi həmişə lazım olan və onu hidayət edən bir səmavi kitab olduğunu bir daha nümayiş etdirir.”
O, 19-cu Beynəlxalq Quran Sərgisində bir çox bölmələri, o cümlədən hicab, ailə, təlim-tərbiyə, elmi araşdırmalar bölmələrinin daha təsirli olduğunu qeyd etmişdir.
Vəsi Əhməd Numani öz tədqiqatı barədə bunları deyir: “Qurani-Kərimdə 6000-dən çox ayə vardır ki, onların arasında 1200 ayə birbaşa elmi mövzudadır. Dünyada bir çox alim və araşdırmaçılar Quranı mütaliə etdikdən sonra bu kitabın Allah tərəfindən nazil olduğunu qəti surətdə təsdiqləmişlər. Müasir elmin indi kəşf etdiklərini 1400 il bundan qabaq Quranda görmək mümkündür.”
O, Quranı niyə tədqiq etdiyini belə izah edir: “Mən müsəlmanam və Allah Fussilət surəsinin 53-cü ayəsində buyurur: “Biz onlara haqq aşkar olsun deyə ayələrimizi kənar aləmdə və insanın özündə göstərərik. Məgər Allahın hər şeyə şahid olması sənə kifayət etməzmi?” Bu ayə məni uzun müddət düşündürdü və nəticədə bu düşüncə məni Quran ayələrini tədqiq etməyə sövq etdi.”851226