İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Mənar xəbər agentliyinin verdiyi məlumata görə, Livan parlamentinin “Müqavimətə sədaqət” fraksiyasının nümayəndəsi Hüseyn Musəvi deyib: “Liviya azadlıqsevərləri İmam Musa Sədrin və onun iki yardımçısının müqəddəratını müəyyənləşdirməklə bu böyük şəxsiyyətin oğurlanması cinayətinin üstündən sirr pərdəsini açmalı, Liviya diktatoru Müəmmər Qəzzafini mühakimə etməlidirlər.”
O, bildirib ki, Livan Muqavimət hərəkatının rəhbəri işğalçı siyonist rejiminin Livan üçün böyük təhlükə olduğunu deyən ilk şəxs idi. Bu dövrdə onun varlığı Livan cəmiyyəti üçün çox gərəklidir.
Huseyn Musəvi həmcinin ərəb və islam dovlətlərindən, dunyanın bütün azadlıqsevər insanlarından İmam Musa Sədrin yerinin məlum olması üçün səy göstərmələrini istəyib. 852386