IQNA

11 sentyabr ərəfəsində Amerikanın Texas ştatının müsəlmanları bir yerə toplaşır

13:10 - September 05, 2011
Xəbər sayı: 2181697
Beynəlxalq şöbə: 2001-ci il 11 sentyabr tarixində meydana gələn hadisələrin 10-cu İldönümü ərəfəsində Amerikanın Texas ştatında yaşayan müsəlmanlar Ramazan Bayramı fəaliyyətlərinin ardından dünyaya sülh mesajı vermək üçün bir araya gəlməyi planlaşdırıblar.
İqna Quran Xəbər Agentliyi (İQNA): Chron xəbər agentliyinin verdiyi məlumata görə, sentyabrın 4-də Texasın San Antonio şəhərində təşkil ediləcək yığıncağa ştatın müxtəlif bölgələrindən təxminən 3 min adam qatılacaq.
Amerika Müsəlman Cəmiyyəti və Amerika İslami əlaqələr Komissiyası tərəfindən, “Müsəlman ailəsi günü” adı altında təşkil ediləcək bu proqram ramazan bayramının qeyd olunması və 11 sentyabr hadisələri ərəfəsində İslam və müsəlmanlar haqqında yaranan mənfi düşüncənin ortadan qaldırılması məqsədi daşıyır.
Proqramda həmçinin birlikdə namaz qılınması, xütbələr və əyləncə xarakterli tədbirlər nəzərdə tutulub. 853500
captcha