Beynəlxalq şöbə: Ərəbistan şiə alimlərindən Həsən Səffar ramazan ayının son günlərində və Fitr bayramı günü reallaşdırılan terror hərəkətini pisləyərək yüzlərlə insanın ölümünə səbəb olan bu terror hərəkətlərinin reallaşması üçün fətva verməyin günahsız insanların qanının tökülməsinə şərik olmaq mənasını verdiyini deyib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Rasid Xəbər kanalının verdiyi xəbərə görə; ərəbistanlı şiə alim son zamanlarda meydana gələn terror hərəkətlərini pisləyərək məscid və cəmiyyətə açıq məkanlarda günahsız xalqa terror hərəkəti reallaşdırmağın qəbul edilə bilməyəcək bir vəziyyət olduğunu ifadə edib.
Həsən Səffar ramazan ayının son günlərində və Fitr bayramı günü İraq, Pakistan, Əfqanıstan, Nigeriya və Əlcəzayirdə meydana gələn terror hərəkətlərinə toxunaraq bu terror fəaliyyətlərinin əsl kökündə son zamanlarda İslam ümmətinin içərisində siyasi, mədəni, ictimai böhran və xaos mühitinin olması faktorunun olduğunu dilə gətirib.
İslamın terror əleyhdarı olduğuna da toxunan alim müsəlman olduğunu iddia edən bu terroristlərin İslam torpaqlarını işğal edən güclər qarşısında dayanmaq yerinə müsəlmanların qanını tökdüklərini bəyan edib. 854183