IQNA

İraq şiə lideri Müqtəda Sədrdən Bəhreyndəki Ali-Xəlifə güclərinə xəbərdarlıq

11:41 - September 06, 2011
Xəbər sayı: 2182258
Beynəlxalq şöbə: İraq şiə lideri Müqtəda Sədr Səudiyyə Ərəbistanına hərbi güclərini Bəhreyndən geri çəkməsi barədə xəbərdarlıq edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): JafariaNews xəbər agentliyinin verdiyi məlumata görə, şiə lider Müqtəda Sədr Səudiyyə Ərəbistanına məxsus hərbi güclərin Bəhreyndəki varlığını və Ayetullah İsa Qasimə qarşı edilən zorakılığı pisləyib.

Müqtəda Sədr Səudiyyə Ərəbistanına Bəhreynin daxili işlərinə qarışmamaları və ölkənin müqəddəratını özləri həll edə biləcəkləri mövzusunda xəbərdar edib.

Xatırladaq ki, ilk dəfə keçən il ölkədəki Ali-Xəlifə rejiminə qarşı böyüyən üsyanı basdırmaq üçün ölkəyə girən Səudiyyə Ərəbistanı hərbi gücləri hələ də bu ölkədə varlığını davam etdirir. Bu vaxta qədər Ali-Xəlifə rejiminə qarşı olan üsyanı basdırma cəhdlərində onlarla insan həyatını itirib, yüzlərlə insan yaralanıb.

Bəhreyn, Küveyt və İraq kimi şiə əksəriyyətli ölkələrlə qonşu olan Səudiyyə Ərəbistanı meydana gələn inqilab və üsyanlardan narahat olduğunu bəhanə edərək bu ölkələrdəki üsyanı basdırmaq məqsədilə zalım rejimlərə hərbi dəstək verməkdədir. 854089
captcha