IQNA

Qəzzafinin Amerika və İsrail ilə düşmənçliyi yalanmış

11:54 - September 06, 2011
Xəbər sayı: 2182273
Beynəlxalq şöbə: Liviya Milli Qurtuluş Cəbhəsinin mətbuat üzvü bildirib ki, Qəzzafinin Amerika, Qərb və İsrail ilə düşmənçiliyi yalandan başqa bir şey deyilmiş.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, Liviya Milli Qurtuluş Cəbhəsinin mətbuat üzvü Hüseyn Bəşari bu xəbər agentliyi ilə söhbətində deyib: Liviya 40 ildən çoxdur ki, İsrail və Qərb üçün heç bir təhlükə hesab edilməyib və heç bir ərəb-İslam döyüşlərində , həmçinin İsrailə düşmən olan Livan müqavimətində, Fələstin savaşında yer almayıb. Qəzzafinin İsrail və Qərb ilə düşmənçiliyi xülyadan başqa bir şey deyil.

Sonzamanlar Qərbin Qəzzafidən üz döndərməsinə münasibət bildirən Bəşari deyib ki, Qəzzafi 4 onillikdə Qərbin mənafelərini təmin edə bilən bir fəaliyyət göstərməyib. Onun Liviya xalqı üzərində törətdiyi cinayətlərin nəticəsi olaraq 17 fevral inqilabı baş verdi. Onun casusluq etdiyini aşkara çıxaran arxiv sənədləri artıq hər şeydən xəbər verir. 854041
captcha