IQNA

İSESKO-nun dəstəyi iə Quran Terminləri Ensiklopediyası nəşr olundu

13:11 - September 07, 2011
Xəbər sayı: 2183146
Beynəlxalq şöbə: Quran kəlmələrinin mənaları və terminlərini ehtiva edən iki cildlik ensiklopediya İslam ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) dəstəyi ilə nəşr edilib.
İqna Quran Xəbər Agentliyi (İQNA): İSESKO xəbər agentliyindən verilən məlumata görə, Londonda yaşayan iraqlı yazar Hadi Həsən Həmudinin bu kitabı İslam ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının dəstəyi ilə nəşr edilib.
Müvafiq olaraq 585 və 545 səhifədən ibarət olan iki cildli ensiklopediyanın ön sözü isə İSESKO-nun baş katibi Əbdül-əziz ibn Osmana aiddir.
İslam ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş katibi kitabın ön sözündə yazır: “Quran kəlmələri və terminləri tarix boyu həmişə diqqət mərkəzində olmuşdur. Bu da insanların Allah kəlamını anlamaq istiqamətində həvəs və səylərinə görədir. Mənaları anlamaq istəyi bir neçə cəhətə malikdir. Quran qiraətini ibadət bilmək, Quran kəlmələrini anlamaq və tətbiq etmək, dilçilik baxımından kəlmələrin sirrlərini kəşf etmək, bu terminlərin əqli, şəri, tarixi və s. cəhətlərini mütaliə etmək bəşərin bu sahəyə olan marağının əsas amillərindəndir.”
Qeyd edək ki, axtarışı asanlaşdırmaq üçün ensiklopediyada yer alan kəlmələr əlifba sırası ilə verilib və hər kəlmə barəsində müxtəlif fikir və nəzərlər toplanıb. 854466
captcha