IQNA

Əl-Əzhər Şeyxi Almaniya “Dünya Barışı” yığıncağına etiraz etdi

13:13 - September 07, 2011
Xəbər sayı: 2183150
Beynəlxalq şöbə: Əl-Əzhər Şeyxi Əhməd Teyyib Almaniya “Dünya Barışı” yığıncağına işğalçı sionist rejim xaxamlarının iştirakına görə etiraz edərək bu yığıncağa qatılmayacağını deyib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə nəşr edilən “Yeddinci gün” qəzetinin verdiyi məlumata görə, Əl-Əzhər Şeyxi Əhməd Teyyib son zamanlarda Almaniya “Dünya Barışı“ yığıncağına qatılacağına dair çıxan söz-söhbətləri yalanlayaraq işğalçı sionist rejim xaxamlarının iştirak etdiyi yığıncağa qatılmayacağını deyib.
Əhməd Teyyib işğalçı rejim xaxamlarının qatıldığı heç bir proqramda iştirak etməyəcəyini və bunun Əl-Əzhər Universitetinin üzərində həssaslıqla dayandığı bir mövzu olduğunu dilə gətirib.
Əl-Əzhər Şeyxi ayrıca işğalçı rejimin Fələstin xalqına etmiş olduğu cinayətləri pisləmək məqsədilə Almaniya “Dünya Barışı” yığıncağına qatılmayacaqlarını və İsrailin cinayətlərinin beynəlxalq hüquqla uyğun gəlmədiyini söyləyib.854876
captcha