İqna Quran Xəbər Agentliyi (İQNA): Livanın “İntiqad” qəzetinin yazdığına görə, sentyabrın 5-də Nablusun cənubundakı Qəsrə kəndində olan Zunnureyn məscidi sionistlər tərəfindən yandırılıb, içərisində olan əşyalar dağıdılıb.
Sionistlərin məskunlaşdırdıqları sionist əhali bu bölgədəki məscid və ibadət yerlərinə davamlı surətdə hücumlar edir və bu məkanlarda olan Quran və digər İslami kitabları yandırırlar. Fələstin Müdafiə Cəmiyyətinin açıqladığı hesabata görə, bu şəkildə sionistlər 10-dan çox müqəddəs məkana basqın etmişlər. 854934