İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Mənar xəbər agentliyindən verilən məlumata görə, Livan Hizbullahının məsullarının Livan İslam Cəmiyyəti ilə Beyrut şəhərində keçirilən görüş zamanı sionist rejimə qarşı islam ölkələrinin vəhdət şəklində mübarizə aparmalarının zəruriliyi vurğulanıb.
Bu iki qurum Türkiyə hökumətinin işğalçı rejim diplomatlarının ölkədən çıxarılmasını da alqışlayıblar.
Hizbullah siyasi şurasının üzvlərindən olan Əbdülməcid Əmmar və Muhəmməd Saleh, həmçinin Livan İslam Cəmiyyətinin siyasi şöbəsinin 2 üzvü Bəssam Həmud və Vail Nəcm də görüşdə iştirak ediblər.
Görüşdə həmçinin milli və islami sahədə siyasi məsələlər müzakirə olunub, digər hüquqi məsələlərə münasibət bildirilib. 856189