IQNA

Burkina Faso dövləti Qəzzafinin bu ölkədə olması iddiasını rədd edib

18:47 - September 08, 2011
Xəbər sayı: 2183667
Beynəlxalq şöbə: Hökumətin sözçüsü Alen Edvard təşkil olunan mətbuat konfransında Liviya diktatorunun bu ölkədə olması iddiasını rədd edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Lefaso xəbər agentliyindən verilən məlumata görə, bu mətbuat konfransından 1 gün öncə qəzet səhifələrində Müəmmər Qəzzafinin Burkina Fasoda olduğu iddia olunurdu. Lakin ölkə rəhbərliyindən rəsmi surətdə bu iddianı təkzib edən xəbər elan olunub.
A.Edvard bu xəbərlərin yanlış olduğunu və hansı məqsədlər üçün ölkə mətbuatında yayıldığının məlum olmadığını açıqlayıb. O, həmçinin bildirib ki, əgər Qəzzafi bu ölkədən sığınacaq istəsə ölkə rəhbərliyi beynəlxalq qanunlar çərçivəsində mövzuya yanaşacaq. Qəzzafiyə sığınacaq verilib verilməməsi yalnız bundan sonra müəyyənləşə bilər.
Xatırladaq ki, hal-hazırda Qəzzafinin yeri məlum olmasa da bu barədə ziddiyyətli xəbərlər dolaşmaqdadır. Onun Nigerə, ya Çada qaçması da söylənilir. 856179

captcha