IQNA

Liviyanın fərari diktatorunun müavini Tunis aeroportunda həbs edildi

12:59 - September 09, 2011
Xəbər sayı: 2183875
Beynəlxalq şöbə: Tunis dövləti Qəzzafinin müavinlərindən birini ailəsi ilə birlikdə Tunis aeroportunda saxladıqlarını bəyan edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə nəşr edilən “Yeddinci gün” qəzetinin yazdığına görə, Tunis dövləti bu barədə belə bir açıqlama verib: Tunis aeroportunun təhlükəsizlik xidməti Qəzzafinin müavinlərindən olan polkovnik Xuvəylədi Həmidini 2 nəfər ailə üzvü ilə birlikdə aeroportda həbs edib.

Niger dövlətinə aid mənbədən verilən məlumata görə, Həmidi ötən bazar günü Qəzzafinin əmisi oğlu Mənsur Zəv, həmiçinin bir neçə müşavir və müavinlərlə birlikdə Niger ölkəsinə daxil olmuşdu.

Lakin belə anlaşılır ki, Həmidi bundan sonra Tunisə gəlib və ölkəyə daxil olarkən aeroportda saxlanılıb.856977
captcha