IQNA

Misir xalqı sentyabrın 30-da “İnqilabı Anma Cüməsi” nümayişi üçün küçələrə axışacaq

18:40 - September 13, 2011
Xəbər sayı: 2186808
Beynəlxalq şöbə: Misirin inqilabçı koalisiya gücləri Facebook sosial şəbəkəsində xalqı sentyabrın 30-da “İnqilabı Anma Cüməsi” nümayişlərinə dəvət edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirin “Əhram”qəzetinin verdiyi məlumata görə, Misirin inqilabçı koalisiya gücləri Facebook sosial şəbəkəsində yaydıqları məlumatla Hərbi Komissiya güclərinin xalqın istəklərini yerinə yetirməkdə istəksiz və ağır davrandıqlarını iddia edərək xalqı öz inqilablarını Hərbi Komissiyanın əlindən qurtarmaq üçün meydanlara axışmağa və nümayiş etməyə dəvət edib.
İnqilabçı Koalisiya həmçinin Misir xalqının inqilabçı duyğularının kiminsə istismar edib özü üçün bir oyuncaq halına gətirə bilməyəcəyini, bu şəkildə düşünənlərin qəti surətdə layiq olduqları cavabı alacaqlarını deyiblər. 859289
captcha