IQNA

İndoneziya, Müsəlman Ölkələr Parlament Birliyinin yığıncağına ev sahibliyi edəcək

15:15 - September 15, 2011
Xəbər sayı: 2187731
Beynəlxalq şöbə: İslam Konfransı Təşkilatı Parlamentlər Birliyinə üzv ölkələr 24-30 yanvar tarixləri arasında İndoneziyada bir araya gələcəklər.
İqna Quran Xəbər Agentliyi (İQNA): IINA xəbər agentliyinin verdiyi məlumata görə, 51 ölkədən 350 nümayəndənin qatılacağı bu yığıncaq İndoneziya Parlamentlərarası Əməkdaşlıq Heyəti tərəfindən təşkil ediləcək.
Təşkil ediləcək yığıncaqda iştirakçılar İndoneziyanın PalemBang şəhərini və bu şəhərdə olan məscidləri ziyarət edəcəklər.
Xatırladaq ki, 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən Müsəlman Ölkələr Parlament Birliyi yığıncağına İran İslam Respublikası etiraz edərək qatılmamışdı. İslam respublikası Məclisi və Komitə heyəti bəyanat yayaraq bildirmişdi ki, Müsəlman Ölkələr Parlamentlər Birliyi yarandığı ildən təyin etmiş olduğu hədəflər istiqamətində irəliləməsinə baxmayaraq, 2010-B.Ə.Ə yığıncağında başqa hədəf və düşüncələr mövcuddur. 860719
captcha