IQNA

“Qurani Kərimin Elmi Möcüzələri” ensiklopediyasının ikinci cildi nəşr edildi

15:30 - September 15, 2011
Xəbər sayı: 2187743
Beynəlxalq şöbə: “Qurani Kərimin Elmi Möcüzələri” ensiklopediyasının ikinci cildi “Quranda Yer üzü” adı ilə nəşr edilib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Bəhreynin BNA xəbər agentliyindən verilən məlumata görə, geologiya sahəsində Qurani Kərim möcüzələrini izah edən və bu sahədəki kəşflərin şəkillərini ehtiva edən bu ensiklopediya geologiya üzrə mütəxəssis Z. Nəccar tərəfindən hazırlanıb.

Livanın paytaxtı Beyrutda yeni nəşr olunan bu kitab Allahın kainatı Qurani Kərimdə deyildiyi kimi yaratması mövzusundadır.

Xatırladaq ki, “Qurani Kərimin Elmi Möcüzələri” ensiklopediyasının birinci cildi “Cənnət Kitabı” adı altında keçən il nəşr olunmuşdu. 861088
captcha