Beynəlxalq şöbə: Birləşmiş Millətlər Təşkilatı, Liviya Keçid Şurasını Liviyanın rəsmi nümayəndəsi olaraq tanıyıb və bununla da BMT Təhlükəsizlik Komissiyası Liviyaya aid bəzi dondurulmuş malları sərbəst buraxıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əlcəzirə xəbər kanalından verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatı, Liviya Keçid Şurası nümayəndəsini Liviyanı təşkilatın yığıncaqlarında Qəzzafinin nümayəndəsinin yerinə iştirak edə biləcəyini və 66-cı yığıncağa qatıla biləcəyini bildirib.
Xatırladaq ki, BMT üzvləri qərarın 114 lehinə, 17 əleyhinə və 15 bitərəf səs verməklə Liviya Keçid Şurasını qəbul etdiyini və Liviyanı bu qurumda təmsil edə biləcəklərini bəyan edib. Bu arada Liviya Keçid Şurasının iki nümayəndəsi sentyabrın 18-də dövlət kabinetini açıqlayacaqlarını bildiriblər. 862049